Interposta.Info

“Maşınla gənc qadını öldürən Sumqayıt İH başçısının qardaşı oğlu deyil” -

Ölkə
 6-05-2017, 15:47     1 056

Ölkə gündəminin əsas mövzularından biri barədə müsavat.com dəqiqləşdirmə əldə edib.

Belə ki, son günlər mətbuatda ölümlə nəticələnən avtomobil qəzasını törətmiş Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, qəzanı törətmiş şəxsin, eləcə də onun atası, iş adamı Füzuli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin nəinki qohumluq, tanışlıqları da yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26