Interposta.Info

Ali Məhkəmə Zakir Fərəcovun tələbinə rədd cavabı verdi... İkram Rəhimov icra başçısını ittiham etdi - Video

Ölkə
 10-10-2017, 22:04     8 169

Bu gün Ali məhkəmdə hakim Gülzar Rzayevanın sədrliyi ilə Sumqayıt icra başçısı Zakir Fərəcov və onun şəriki "Ən Ucuz" marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərovun Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmə icra başçısının və onun şərikinin tələbini rədd edib.

Xatırladaq ki, ötən il 25 noyabrda Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov Zakir Fərəcovun sifarişini icra edərək İkram Rəhimovu CM - nin 147.2 - ci maddəsi ilə ittiham edərək 1 il azadlıqdan məhrum etmişdi. 3 aydan sonra Sumqayıt Apellyasiya məhkəməsi şəhər məhkəməsinin hökmünü ləğv edərək İkram Rəhimovu və şikayətçi Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxmışdı. Qərardan narazı qalan icra başçısı və onun şəriki Ali məhkəməyə kassasiya şikayəti vermişdilər. Bu gün həmin şikayətə baxılıb və təmin edilməyib.
Məhkəmədən sonra Realliq.info - nun baş redaktoru mediaya açıqlama verib.

Reportyor.org həmin video müsahibəni təqdim edir.

interposta.info



Zakir Fərəcovun əməllərini ifşa edən Realliq.info -nun baş redaktoru İkram Rəhimovdan şok açıqlama!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26