Interposta.Info

“Evlənirik” yazılan maşınla gəlib sevgilisini güllələdi- VİDEO

Ölkə
 22-08-2019, 20:40     10 350

Türkiyədə 30 yaşlı qadını küçənin ortasında güllələyiblər.

Hadisə Türkmenbaşı bulvarında qeydə alınıb.

Belə ki, 30 yaşlı Esra Y. işə gedərkən qəfil qarşısını bir maşın kəsib. Maşının nömrə nişanının yerində "evlənirik” yazısı yazılıb.

Həmin maşından qadına bir neçə dəfə atəş açılıb. Daha sonra həmin avtomobil ərazidən uzaqlaşıb.

Hadisə yerinə həkim və polis çağırılıb. Qadına ilkin yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı hadisəni törədən şəxsin kimliyi məlum olub. İlkin ehtimala görə, qadını güllələyən şəxs onun sevgilisi olub və hadisəni qısqanclıq səbəbindən törədib./BAKU.WS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26