Interposta.Info

Rusiyada azərbaycanlını güllələyən şəxs axtarışa verildi

Ölkə
 29-07-2019, 20:34     10 423

Rusiyada 27 yaşlı azərbaycanlının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən İvanov şəhərinin 33 yaşlı sakini axtarışa verilib.

Qeyd edək ki, hadisə dünən İvanov şəhərinin Puşkin meydanındakı “Rokko” barında baş verib.

Şəhər sakini cibindən çıxardığı tapançadan azərbaycanlının başına atəş açıb və hadisə yerindən qaçıb.

Güllə yarası alan 27 yaşlı gənc hadisə yerində keçinib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26