Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli avtobus qəzasının görüntüləri – VİDEO

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Sumqayıt şəhərində marşrut avtobusu ağır qəzaya düşüb.
Minval.info xəbər verir ki, Sülh prospektindəki qəzanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülər qəza baş verən ərazidə quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, “Toyota Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində “Akia” markalı iritutumlu avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini binaya çırpıb.
Hadisə nəticəsində 42 nəfər xəsarət alıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26