Sumqayıtda avtobus binaya çırpılıb, 20-dən çox yaralı var- VİDEO
Sumqayıt şəhərində yol qəzası baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.
Belə ki, 30 nömrəli marşrut üzrə hərəkət edən avtobus binaya çırpılıb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
GoldMedia.Az![]()

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

