Interposta.Info

Göygöldə sərnişin mikroavtobusu məktəb binasına çırpılıb, xeyli sayda yaralı var

Ölkə
 13-06-2019, 20:34     10 346

Göygöl rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Mikroavtobusun idarəetmədən çıxaraq məktəb binasına çırpılması nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26