Interposta.Info

Sumqayıtda avtobus qəzasında yaralanan 31 nəfərdən 12-si evə buraxılıb

Ölkə
 21-02-2019, 21:52     10 388

Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

“Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib”.

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26