Interposta.Info

Sumqayıtda avtobus qəzaya düşdü - 7 yaralı

Ölkə
 6-10-2017, 16:08     9 687

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub

interposta.info yerli KİV-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, yaralılar müayinə olunub və artıq evə buraxılıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26