Interposta.Info

Sumqayıtda 3 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO

Ölkə
 8-12-2017, 17:41     10 484

Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza, Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Kamaz" markalı yük maşını magistrala çıxan inəyi vurub, bu zaman arxadan gələn "Mersedes" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

interposta.info bildirir ki, fakt araşdırılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26