Interposta.Info

Dünənki "Galendevagen" qəzasının yeni görüntüləri

Gündəm
 4-08-2017, 19:59     10 601

Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.

interposta.info baku.ws
-ə istinadən məlumatına görə, Seyran adlı şəxs Youtube kanalında qəza zamanı və hadisədən sonrakı vəziyyəti çəkib.

Qeyd edək ki, "10-PP-203" dövlət nömrə nişanlı "Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yanın. Baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26