Interposta.Info

24 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı -

Ölkə
 15-05-2017, 14:54     716

2 gün əvvəl Türkiyənin Muğla şəhərində baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri ortaya çıxıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Analar günü ilə əlaqədar Bucadan Marmarisə gedən avtobusun sürücüsünün ehtiyatsızlığı ucbatından beton maneəni dağıdaraq dərəyə aşması hadisəsi digər nəqliyyat vasitəsinin kamerası ilə lentə alınıb.

Görüntülərdən avtobusun əvvəlcə sağdakı, daha sonra isə soldakı beton maneəyə çırpılaraq sürətlə dərəyə yuvarlanması əks olunur.

Qeyd edək ki, məlum hadisə nəticəsində 24 nəfər ölüb ki, onların hamısı eyni məhəllənin sakinləridir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26