Interposta.Info

Milli Məclisin üç deputatına yeni vəzifə verilir

Ölkə
 15-02-2019, 19:47     10 342

Milli Məclisin Gənclər və idman komitəsinin tərkibinə dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, deputatlar Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun Gənclər və idman komitəsinin üzvləri seçilməsi təklif olunur.

Deputatlar Adil Əliyev və Rauf Əliyevin isə komitənin üzvlüyündən çıxarılması təklif edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26