Interposta.Info

Üç deputata yeni vəzifə verilir

Müxtəlif
 24-12-2018, 12:09     10 518

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

İnterPosta.info
modern.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26