Interposta.Info

VI çağırış Milli Məclisin ilk plenar iclası başladı- YENİLƏNİR

Ölkə
 10-03-2020, 10:45     465

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

*** 09:05

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədrliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26