Interposta.Info

Prezident MM-də: yeni spiker seçildi - İlk yaşandı

Ölkə
 10-03-2020, 14:52     693

Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

"İnterPosta" xəbər verir ki, iclasda martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında təsdiqlənən 121 deputat iştirak edəcək.

İlk iclasdan öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar MM sədrliyinə və sədr müavinliyinə namizədlərini müəyyənləşdiriblər.

Belə ki, YAP MM sədrliyinə Sahibə Qafarovanın, birinci müavin vəzifəsinə Əli Hüseynlinin, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.

MM-in açılış sessiyasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

***

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

***

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə Tahir Mirkişilinin, Əmək və sosial siyasət komitəsinin sədrliyinə isə Musa Quliyevin namizədliyi irəli sürülüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputatlardan olan Ziyad Səmədzadə aparır.

***

Prezident İlham Əliyev MM-in ilk iclasında nitq söyləyir.

***

Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, bununla da müstəqil Azərbaycanın Milli Məclisinə ilk dəfə olaraq qadın spiker rəhbərlik edəcək.

Birinci çağırış Milli Məclisin spikeri 1995-96-cı illərdə Rəsul Quliyev olub. Daha sonra Murtuz Ələsgərov (1996-2005) və Oqtay Əsədov (2005-2020) MM-ə sədrlik edib.

***

Milli Məclisə yeni sədr müavinləri seçilib.

Altıncı çağırış parlamentin bu gün keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin sədrinin I müavini vəzifəsinə Əli Hüseynlinin, sədrin müavini vəzifəsinə isə Fəzail İbrahimli və bitərəf deputatlar tərəfindən namizədliyi irəli sürülən Adil Əliyevin sədr müavini vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub.

Müzakirədən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26