Interposta.Info

Milli Məclisin iki deputatına yeni vəzifə verilir (FOTO)

Müxtəlif
 24-10-2018, 13:00     8 382

Milli Məclisin (MM) oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.

"İnterPosta" report-a istinadən xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Bu iki deputat parlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq.

İnterPosta.info

Milli Məclisin iki deputatına yeni vəzifə verilir (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26