Interposta.Info

Deputatlar toplaşır: Elm və təhsil komitəsi iclas keçirəcək

Siyasət
 8-09-2021, 09:51     388

Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

"İnterPosta" xəbər verir ki, sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçiriləcək.
Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.
2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26