Interposta.Info

Saxta diplomlu, fərari... RİH müavini Rövşən Əhmədov Qarqar fəlakəti yetişdirir–

Ölkə
 9-10-2018, 17:57     10 370

Göyçayda uçan körpü fəlakətinin Ağcabədidə təkrarlanması təhlükəsi olduğu barədə həyəcanlı xəbərlər gəlməkdədir

"XeberBiz" xəbər verir ki, Cahan.info agentliyinə verilən məlumata görə, Qarqarçayın çınqılının, daşının, qrabellərinin daş karxanalara daşınması rayonu böyük təhlükə ilə üzləşdirib.

Təəssüf ki, müvafiq qurumlar, eləcə də Ağcabədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Komissiyası lazımi tədbirlər həyata keçirmir. Ona görə də Göyçayda deputat Elxan Süleymanovun villalarının ucbatından körpünün uçmasının analojisi Ağcabədidə yaşana bilər.

Buna səbəbkar isə Ağcabədi RİH birinci müavin vəzifəsini daşıyan Rövşən Əhmədovdur. Rayondan deyilənə görə, R.Əhmədovun daş karxanaları var. Qarqarçayın sərvətləri də onun “karyer”lərinə daşınır.

Karyer Türkiyəyə bağlı “Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir. Məlumata görə, icra başçısı Şahin Məmmədov da bu işdə əsas pay sahibidir. Onlar şirkətlə sövdələşərək yol çəkilişi üçün çınqıl daşlarını ona məxsus karyerdən daşıtdırır.

"XeberBiz"in məlumatına görə, “Sonolay.org” yazır ki, karyer də onun öz adına deyil, 1 – ci müavini olan Rövşən Əhmədovun qardaşı Əliş Əhmədovun adına sənədləşdirilib.

Həmin karyerdən “Polat” şirkətinə daşınan xammal emal olunmadan, yol üçün yararlı olub – olmaması yoxlanılmadan qəbul edilir.

Qeyd olunur ki, karxanada əmək qanunvericiliyinin tələbləri pozulur, əməyin təhlükəsizliyi təmin edilmir, işçilərlə əmək müqaviləsi bağlanılmır. Daşınan mallar üçün qaimə, faktura yazılmır ki, bu da vergidən yayınmağa şərait yaradır.

Şahin Məmmədov karyeri Qarqar ərazisinə ona görə salıb ki, özü də yaxınlıqdakı Bayat kəndindən olduğu üçün başçı postundan üzaqlaşdırıldığı təqdirdə karxana biznesinin rəsmən sükanı arxasına keçsin və işləri demək olar ki, evindən – ata yurdundan idarə etsin.

Hərçənd, Ş. Məmmədov bir məsələni unudur ki, vəzifədən kənarlaşdırılandan sonra daha əlində inzibati resurslar olmayacaq. Yəni, vergi və digər dövlət orqanları ona güzəşt etməyəcək, qanunsuzluqlarına göz yummayacaqlar. Hətta böyük ehtimalla əvvəlki qanunsuzluqlarına görə ondan hesabat tələb edilsin.

Cahan.info rubrika.az -a istinadən xəbər verir ki, R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir. Üstəlik o, hərbi xidmətdə olmayıb. Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı.

Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut ortayaqoyulmadı. Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil. O, diplomu ABU hələ San Marino adşını daşıyan vaxt alıb.

Bildirilir ki, Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib. Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib.

“Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Mediadakı yazılarda ehtimal edilir ki, R.Əhmədov dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilib.

Birinci müavinin diplomunun köhnə San Marinodan olmasına gəlincə, bu ali təhsil ocağı xeyli əvvəl bağlanıb və orada oxuyanlara verdiyi sənədləri etibarsız hesab olunur.

Bu barədə yazılar dərc edildikdən sonra Rövşən Əhmədovun vəkili Elçin Əliyev KİV-ə açıqlama verərək həmin məlumatların həqiqət olmadığını deyib.

Media yazır ki, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. Şahin Məmmədov icra başçısı olandan sonra onu öncə “JEK” rəisi təyin etdi.

Sonra Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi postuna gətirdi.

Bir müddət sonra isə Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat aldı. Təbii ki, onun müavinliyi üçün təqdimat başçıdan gedib. R.Əhmədov Ağcabədidə hegemonluq edir.

Saytlar yazır ki, bir müddət əvvəl rayonda adam döydürüb bıçaqlatdırmışdı. Onun üstünü elə rayondaca ört-basdır elədilər.

Həddən artıq böyük var-dövlətə malikdir. Bu yaxınlarda deputat Tahir Rzayevlə də qohum oldu, onun qızı deputatın oğlu ilə ailə qurdu.

Bütün tərəflərin mövqeyini dərc edə bilərik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26