“Əsgərlikdə olmayıb, hegemonluq edir...”-

![]() |
|
Ağcabədi rayon icra başçısının birinci müavini Rövşən Əhmədovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Birinci müavinin diplomunun köhnə San Marinodan olmasına gəlincə, bu ali təhsil ocağı xeyli əvvəl bağlanıb və orada oxuyanlara verdiyi sənədləri etibarsız hesab olunur. "Həmin məlumatlar tamamilə yalan məlumatlardır, şər və böhtandır. Belə ki, Rövşən Əhmədov Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təyin olunub. Siz də yəqin ki, bilməmiş deyilsiniz ki, belə yüksək vəzifəyə təyin olunan şəxslər həmin vəzifəyə təyin olunanmışdan əvvəl aidiyyatı qrumlar tərəfindən onların barəsində müvafiq araşdırmalar aparılır. Həmin araşdırmaların nəticəsindən asılı olaraq həmin şəxsinvəzifəyə təyin edilməsi ilə bağlı rəy verilir. Əgər, Sizin iddia etdiyiniz kimi, Rövşən Əhmədovun hərbi xidmət, təhsili və ya digər şəxsi məlumatları ilə bağlı problemlər olsaydı, onda sözsüz ki, cənab Prezident onun Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin etməzdi”. Mənbəmiz bizə R.Əhmədovun keçmiş fəaliyyəti ilə bağlı da maraqlı məlumat verir. Bildirir ki, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub: "Şahin Məmmədov icra başçısı olandan sonra onu öncə "JEK” rəisi təyin etdi. Sonra Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi postuna gətirdi. Bir müddət sonra isə Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat aldı. Təbii ki, onun müavinliyi üçün təqdimat başçıdan gedib”. "Bir müddət əvvəl rayonda adam döydürüb bıçaqlatdırmışdı. Onun üstünü elə rayondaca ört-basdır elədilər. Həddən artıq böyük var-dövlətə malikdir. Bu yaxınlarda deputat Tahir Rzayevlə də qohum oldu, onun qızı deputatın oğlu ilə ailə qurdu”. /AFN.az/
interposta.info |
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26