Interposta.Info

Heydər Əliyev prospektində ağır qəza: ölən var

Ölkə
 11-09-2017, 12:24     10 445

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində "Mitsubishi" markalı minik avtomobili yolu keçməyə çalışan 55-60 yaşlı kişini vurub. Sürətlə hərəkət edən avtomobilin altında qalan piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26