Interposta.Info

Bakıda marşrut avtobusu ağır qəza törətdi: Ölən var

Ölkə
 26-12-2017, 10:46     10 436

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib

Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun "Nərimanov stansiyasının yaxınlığı") Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub.

Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26