Interposta.Info

Bakıda 1 nəfər güllələnib

Ölkə
 7-09-2017, 01:40     10 526

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

"Report" xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb.

Çoxlu qan itirən E.Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Həkimlər onun çoxlu qan itirdiyini bildirirlər. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26