Interposta.Info

Bakıda atışma:

Ölkə
 20-04-2017, 09:58     869

Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb. "interposta.info" "Report"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26