Interposta.Info

Gədəbəydə baş verən güllələnmə hadisəsinin TƏFƏRRÜATLARI

Ölkə
 22-02-2021, 09:42     419

Gədəbəydə silahlı insident baş verib.

Orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

1978-ci il təvəllüdlü Fətulayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb./apa

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26