Interposta.Info

8 nəfərin güllələndiyi qan davasının təfərrüatları (VİDEO)

Ölkə
 18-06-2019, 10:35     10 397

Dünən Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Rayonun Sadıqlı kəndində Musayevər və Süleymanovlar arasındatorpaq üstündə davam edən münaqişədə güllələnən iki nəfərin qisasını almaq üçün Sadıqlı kənd sakini 25 yaşlı Elnur Süleymanov "Kalaşnikov" markalı avtomatla Böyük kəsik kəndinə gələrək Şərqiyyə Musayevaya onun övladları - məhkumluk həyatı yaşamış Şəmiddin Musayev və Novruz Musayevə ard-arda atəş açaraq qətlə yetirib.

Bu zaman ətrafdakı satıcı Ağgöl kənd sakini Zeynəb Cəlilovada güllə yarası alıb. O da aldığı güllə yarasındanca dünyasını dəyişib.

Silahlı insident zamanı ətrafdakı kütləyə də atəş açılıb. Bu zaman 55 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev və 68 yaşlı Nüsrət İsayev müxtəlif dərəcəli güllə yaraları alıb.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Cinayət törədən Elnur Süleymanov polisə könüllü təslim olub. Onun istifadə etdiyi silah isə maddi sübut kimi götürülüb. (Xəzər TV)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26