Interposta.Info

Ağstafada insident: 8 nəfər güllələndi,

Manşet / Ölkə
 17-06-2019, 13:43     10 472

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

İnterPosta.info "Report"a istinadən xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

11.15

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

İnterPosta.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26