Interposta.Info

48 azərbaycanlı bu qəzada öldü, amma... –Deputat

Ölkə
 1-09-2017, 10:51     10 343

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan 9 ay keçməsinə baxmayaraq, hələ də hadisə ilə bağlı hesabatın açıqlanmamasına etiraz edib.

Axar.az xəbər verir ki, M.Fərhəngi Tehranda “Plasko” Ticarət Mərkəzinin yanğından sonra çökməsi ilə bağlı hesabat açıqlandıqdan sonra hökumətin ayrı-seçkilik siyasətinə etiraz edib:

“Kaş ki, başqa hadisələrlə bağlı da geniş hesabat veriləydi. Təbriz-Məşhəd qatarının keçirdiyi qəza ilə bağlı parlamentdə ilkin hesabat oxundu, yekun hesabatın isə daha sonra təqdim olunacağına söz verildi. Lakin parlamentin Abadlaşdırma Komissiyası bu günə qədər qatar hadisəsi ilə bağlı yekun hesabatı təqdim etməyib”.

Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. Qəzada 48 soydaşımız həlak olub. Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olanların kimliyi açıqlanmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26