Interposta.Info

İran Azərbaycanla bağlı hesabat hazırladı

Siyasət
 23-05-2017, 13:22     541

Şərqi və Qərbi Azərbaycanda baş verən dağıdıcı sel hadisəsi ilə bağlı hesabat hazırlanıb.

interposta.info xəbər verir ki, bu sözləri İran parlamentinin abadlaşdırma komissiyasının sözçüsü Südeyif Bədri deyib.

“Raport bu həftə parlamentdə müzakirə olunacaq. Raportda xilasedici orqanların xidmətinin, meteoroloji təşkilatın, Yol və Şəhərsalma Nazirliyinin, Büdcə və Planlaşdırma Təşkilatının fəaliyyəti, gördükləri işlər barədə məlumat verilib. Həmçinin təbii fəlakətin Şərqi və Qərbi Azərbaycana vurduğu ziyan hesablanıb. Bu hadisədə ən çox can və mal itkisi verən Şərqi Azərbaycan vilayəti olub”, - Bədri bildirib.

Qeyd edək ki, aprelin 14-də Azərbaycanın bir neçə şəhərini sel basıb. 49 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşir şəhərlərinə ziyan vurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26