Interposta.Info

Azərbaycanda sel fəlakəti:

Dünya
 17-04-2017, 14:19     686

14 aprel daşqınlarında 90 kəndə ciddi ziyan dəyib, onlardan 70-nin qazı, suyu və işığı artıq bərpa olunub.

Bu barədə Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə məlumat verib. Çinar kəndində hadisədə həlak olanların dəfn mərasimində iştirak edən vali təkcə bu kənddə 20 nəfərin həlak olduğunu qeyd edib.

Valinin sözlərinə görə, Çinar kəndində 12 ev tamamilə dağılıb, 18 ev isə ciddi ziyan dəyib.

Sel və daşqın nəticəsində Şərqi Azərbaycan vilayətinin Əcəbşir və Azərşər şəhərlərində 42 nəfər həyatını itirib. Bundan başqa, Həştərudun Ataşbey yaşayış məntəqəsində də bir nəfəri sel aparıb.

Sel Qərbi Azərbaycan və digər vilayətlərdə də ciddi fəsadlar törədib. Qərbi Azərbaycanda bir nəfər, Saqqız və Bana şəhərlərində isə 5 nəfər daşqın nəticəsində həlak olub.

Vali sel və daşqınlarda dəymiş ziyanın, ilkin hesablamalara görə, 150 milyard tumən olduğunu bildirib.

Vilayətlər üzrə Ali Şuranın azərbaycanlı nümayəndəsi Behnam Mofəzzəfinin verdiyi məlumata əsasən, Şərqi Azərbaycanda 105 ailə evsiz qalıb. Hazırda onlar çadırlarda məskunlaşdırılıb. Onun sözlərinə görə, iki kənd tamamilə dağılıb. Behnam Mofəzzəfi Təbrizdə də daşqınlar nəticəsində 5 evin tamamilə dağıldığını açıqlayıb.

“Sel və daşqınların yaratdığı fəsadlara görə bir çox əkin sahələri yararsız vəziyyətə düşüb. Bu torpaqların yenidən yararlı hala gəlməsi üçün 60 il vaxt lazım olacaq”, - Behnam Mofəzzəfi deyib.

Sel və daşqınlar Urmu gölünün suyunun səviyyəsinin yüksəlməsinə isə müsbət təsir edib. Gölün suyu bu yağıntılar nəticəsində 8-9 sm yüksəlib.

Urmu gölünün bərpası üzrə yaranan qəragahın Qərbi Azərbaycan ofisinin rəhbəri Fərhad Sərxoş bu barədə İSNA-ya məlumat verərək bildirib:

“Hazırda gölün bərpası üçün münasib şərayit yaranıb. Büdcə vaxtında ayrılarsa, bu il apardığıməz fəaliyyətlər nəticəsində ciddi nəticələr əldə edə bilərik”.

Sərxoş həmçinin bildirib ki, Şərqi və Qərbi Azərbaycanın bütün bəndlərində su ehtiyatları kifayət qədər dolub./axar.az

interposta.info
Azərbaycanda sel fəlakəti:
Azərbaycanda sel fəlakəti:
Azərbaycanda sel fəlakəti:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26