Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub RƏSMİ
04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu barədə "İnterPosta"ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.
297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaq olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26