Interposta.Info

İranda bahalaşma əleyhinə aksiya

Dünya
 29-12-2017, 07:30     10 571

İranın şimali-şərqindəki Məşhəd və Kaşmər şəhərlərində bahalaşma əleyhinə etiraz aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiya ilə bağlı foto və video məlumatları sabiq prezident Mahmud Əhmədinejata yaxın onlayn media paylaşıb.

Etirazçılar bahalaşma ilə yanaşı indiki prezident Həsən Ruhaninin də əleyhinə şüar səsləndiriblər.

Məşhədin icra nümayəndəsi Məhəmməd Rahim Nuriziyan aksiyanın icazəsiz keçirildiyini, polis tərəfindən dağıdıldığını və bir neçə nəfərin həbs edildiyini bildirib.

İranın dini lideri Əli Xameneyinin Məşhəd təmsilçisi, Cümə imamı Əhməd Aləməlhuda Sebzivar şəhərindəki çıxışında mövcud iqtisadi siyasəti tənqid edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26