Interposta.Info

İran təklənir: ABŞ-dan bütün ölkələrə çağırış

Dünya
 30-12-2017, 11:36     10 550

İrandakı nümayişləri yaxından izləyir, hadisələr zamanı insanların həbs edilməsini şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

“İranın liderləri zəngin tarixi, mədəniyyəti, iqtisadiyyatı olan bir ölkəni şiddət, qan, xaosla yaşayan bir ölkəyə çeviriblər. Prezident Trampın dediyi kimi, İran liderlərindən ən çox zərər görən İran xalqıdır. Biz bütün ölkələri İrandakı nümayişləri dəstəkləməyə çağırırıq”, - Noyert bildirib.

Qeyd edək ki, İranın Məşhəd şəhərində korrupsiya və işsizlik əleyhinə nümayişlər keçirilib. İcazəsiz aksiya zamanı 52 nəfər saxlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26