Əli Şirazi: "İran İsraili yox edəcək"
İran İsraili yox edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri İranın Qüds qüvvələri komandanlığının nümayəndəsi Əli Şirazi deyib.
“İsrail yaramaz varlığını davam etdirmək istəyirsə, Suriya ilə bağlı siyasətindən imtina etməlidir. Bununla bağlı İranda əsas olduqda Tel Əviv və Hayfa yox olacaq”, - deyə Şirazi bildirib.
Qeyd edək ki, İsrail Müdafiə naziri Aviqdor Liberman İranın ölkəsini təhdid edəcəyi təqdirdə Suriyanı məhv edəcəklərini açıqlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26