Interposta.Info

İsraildən İrana təhdid: “Tehrana zərbələr endiriləcək və...”

Dünya
 26-04-2018, 16:48     10 585

“İran İsrailə hücum edəcəyi halda, onların Tehrandakı və başqa bölgələrdəki hərbi obyektlərinə cavab zərbəsi endirəcəyik”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman ABŞ-a səfəri ərəfəsində Səudiyyə Ərəbistanının “Əlaf” saytına müsahibəsində bildirib.

“İsrail İranın Suriyada möhkəmlənməsinə yol verməyəcək. Bölgədə gərginliyin yaranmasını istəmirik. İrandakı rejim son günlərini yaşayır. ABŞ-ın Vyana müqaviləsindən çıxması İran iqtisadiyyatının sonu deməkdir. Qeyd edim ki, İran terrorun ixracına milyardlarla dollar xərcləyir”, - müdafiə naziri vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26