Interposta.Info

Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət

Ölkə
 31-07-2017, 07:41     10 367

Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar.

Axar.az xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.

Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.

Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26