Bura Əlixan Zeynalovun «bazarı»dır - Şirvan MERO
Sürücülük vəsiqəsi alamq istəyənlər öncə Əlixan Zeynalovun «maklerləri» ilə anlaşmalıdırlar, yoxsa heç kim dünyasında sürücülük vəsiqəsti ala bilməz
Korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir.
Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar hələ də korrupsiya cinayətələri ilə açıqdan açığa məşğul olmaqda davam edirlər. AzMedia.info-ya daxil olan məlumata görə Daxili İşlər naziri Ramil Usubov tərəfindən çoxsaylı şikayətlərdən sonra Lənkəran MERO-sundan Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi göndərilən Əlixan Zeynalov burda da özü haqqında mənfi rəy formalaşdırıb və artıq Şirvanldan gələn şikayətlərin hər gün daha artması da bunu isbatlamaqdadır.
Öncəliklə Əlixan Zeynalovun oxucularımıza təqdim olunmasına ehtiyac var. Çünki bu şəxsin hələ də Daxili İşlər Nazirliyndə yüksək vəzifədə çalışması sadəcə təəccüb doğurur.
Başından onu qeyd edək ki, Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan, Masallıdakı «Viləş» otelinin sahibi, hamının Hacı Mazan olaraq tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Bu adamın adı Lənkəranda hər cür korrupsiya əmmələində keçdiyini də Lənkəranda bilməyən yoxdur. Və onu da xüsusi olaraq vurğulaycaq ki, Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarılması Lənkəranda toy-bayram kimi qarşılanmışdı. İndi isə Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarıdmasına Lənkəran camaatı hər nə qədər şaddırlarsa, Şirvan-Salyan camaatı bir o qədər yas içindədirlər.
Saytımıza şikayət ünvanlayan bir neçə Şirvan və Saylayn sakini bildirir ki, əvvəllərdə Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi mələklərin yurdu deyildi və burda rüşvət vermədən heç kim «prava» ala bilməzdi. Lakin indii vəziyyət elədir ki, artıq vətəndaşlar dilə gəlməyə məcbur olurlar. Çünki Əlixan Zeynalov Şirvana gəldikdən sonra burda «prava» qiymətlərini qaldırıb və vətəndaşlar bundan ciddi şəkildə narazıdırlar.
Saytımıza daxil olan şikayət məktublarının birində bildirilir ki, Əlixan Zeynalov ona Lənkəranda «maklerlik» edən şəxsləri özüylə Şirvana gətiirib və köhnə rəisdən qalan maklerləri kənarlaşdıraraq ancaq özünün «maklerləri» ilə çalışır.
Hazırda Şivan MERO-da baş verənlərlə bağlı AzMedia.info-nu məlumatlandıran başqa bir şəxs isə qeyd edib ki, yeni rəisin «maklerləri» qiymətləri qaldırıblar. Mənbə qeyd edib ki, Şirvan MERO-su vaxtı iə onsuzda rüşvət yuvası idi, ancaq Əlixan Zeynalov gələndən sonra bura əsl bazara çevrilib. Bir şikayət məktubunda isə bildirilir ki, makterlər özlərinin keflərinə görə «pravaya» qiymət qoyurlar. Bəzilərinə 1300 ğanat, bəzilərinə 1400 manat deyirlər. Hətta bəzən də «maklerlər» qiyməti 1500-ə qədər də qaldırırlar.
Qəribədir ki, Əlixan Zeynalovun «makleri» tərəfindən təqdim olunmayan heç kəsə sürücülük vəsiqəsi almaq müyəssər olmur. Hətta adamlar sualları cavablandırsalar belə heç kim dövlətin rüsumunu verib sürücülük vəsiqəsi ala bilməz. Bu qızıl qanundur.
Yuxarıda qeyd etdiyimiz mənbə bildirir ki, bütün verilən sürücülük vəsiqələri siyahıya alınır, sürücülük vəsiqələrinin nömrələrinin qabağında qiymət yazılır və imtahan günləri bu siyahılar pulla birlikdə bir neçə dəfə kabinetində Əlixan Zeynalova təqdim olunur.
Qeyd edək ki, Əlixan Zeynalov Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə bu ilin fevral ayında təyin olunub. Daha əvvələr isə Əlixan Zeynalovun adı bir çox qalmaqallarda hallanıb. Daha əvvələr mətbuatda bu şəxs haqqında gedən və təkzib olunmamış məlumatlardan da görünür ki, Əlixan Zeynalov bir zamanlar avtomobillərə saxta sənədlər belə verib və məhz bu «günahları»
ucbatından da Lənkəran MERO-su ilə vidalaşmağa məcbur olub. Ancaq korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir.
Qarşı tərəfin mövqeyini ldərc etməyə hazırıq./ AzMedia.info
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26