Interposta.Info

Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı?

Manşet / Ölkə
 16-06-2017, 14:49     1 004

Müşviq Rəhimovun kürsüsü əldən gedir: Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı?

Şeyxülislam Hacı Allahşükür Paşazadənin Əlixan Zeynalovun BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinə rəis gətirilməsi üçün bəzi yüksək çinli məmurlardan xahiş etdiyi bildirilir.


Məşhur avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra mövqeləri kifayət qədər laxlayan BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşviq Rəhimov yaxın günlərdə vəzifəsi ilə vidalaşa bilər. Onun kürsüsündə oturmağa çalışan isə öz həmyerlisi, daha əvvəllər Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi olan, lakin çoxsaylı şikayətlərə görə bir neçə ay əvvəl Lənkərandan Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəis gətirilən Əlixan Zeynalovdur.

interposta.info xəbər verir ki, bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə hal-hazırda Müşviq Rəhimov Əlixan Zeynalov “təhlükəsini” zərərsizləşdirmək üçün bütün gücünü səfərbər edib. Lakin Müşviq Rəhimovun bunu bacara bilməsi çox çətin görünməkdədir. Çünki Rövşən Lənkəranskinin qohumu olan Müşviq Rəhimov məşhur avtoritetin Türkiyədə qətlindən sonra əsas dayağını itirməsi ilə yanaşı, şeyxülislam Hacı Allahşükür Paşazadənin də dəstəyini itirib. Hazırda şeyxülislamın Əlixan Zeynalovun BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinə rəis gətirilməsi üçün bəzi yüksək çinli məmurlardan xahiş etdiyi də bildirilir.

Qeyd edək ki, Əlixan Zeynalovun ailəsi şeyxülislama çox yaxın hesab olunur. Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan, Masallıdakı «Viləş» otelinin sahibi, hamının Hacı Mazan olaraq tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Hacı Mazanın isə şeyxə çox yaxın bir iş adamı olduğunu bilməyən yoxdur. Mənbə bildirir ki, bir neçə ay əvvəl çox saylı şikayətlərə əsasən Lənkərandakı vəzifəsini itirən Əlixan Zeynalovun Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəis gətirilməsində də şeyxülilamın xahişi əsas rol oynayıb.

Əlixan Zeynalovun cənub ğölgəsində həddindən artıq rüşvətxor bir məmur kimi tanındığını deyən mənbəmizin bildirdiyinə görə, Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə rəisi təkcə Müşviq Rəhimovun yerinə göz dikməyib. Əlixan Zeynalovun bir başqa hədəfi isə qardaşı oğlu, hazırda Sumqayıt Şəhər Dövlət Yol Polisi şöbəsinin rəisi olan Bayram Zeynalovu YPX-nin Alay komandiri vəzifəsinə gətirməkdir. Təbii ki, qardaşı Hacı Mazanın və şeyxülislamın köməyi ilə.

Bildirək ki, YPX-nin Alay komandiri Balakişi Əhmədov uzun illərdən bəri adıçəkilən postdadır və Müşviq Rəhimova çox yaxın adam hesab olunur. Balakişi Əhmədovun hazırda himayə baxımından güclü olması Əlixan Zeynalovu çətin duruma salsa da, Şirvan MERO-nun rəisi maksimum dərəcədə dirəniş göstərir və Əhmədovun işdən çıxarılmasına çalışır. Buna nail olub, olmayacağı isə hələlik məlum deyil.

Məlumata görə, Əlixan Zeynalov bu istəyini həyata keçirmək xeyli müddətdir mətbuatın imkanlarından da yararlanır. Əlixan Zeynalovun hazırladığı kompromat materiallar mütəmadi olaraq qəzet və saytlarda tirajlanır. Şirvan MERO-nun rəisinin bu sifarişlərini isə mətbuatda tanışları olan Masallı sakinin həyata keçirdiyi qeyd olunur.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26