Interposta.Info

Vilayət Eyvazov Müşfiq Rəhimova yeni vəzifə verdi

Ölkə
 8-01-2020, 14:05     395

Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib.

"İnterPosta.info" qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin "Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26