Interposta.Info

Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat

Ölkə
 30-01-2020, 12:20     540

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.

"İnterPosta" "Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26