Interposta.Info

Eyvazov baş mühəndisi rəis təyin etdi

Ölkə
 15-02-2020, 11:00     409

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Report xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və Texniki Təminat Şöbəsinin baş mühəndisi, polis polkovnik-leytenantı Samir Əhmədov həmin şöbənin rəisi təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26