Interposta.Info

Milli Qəhrəman Fazil Mehdiyev anıldı -

Ölkə
 10-06-2017, 01:26     1 288

Bu gün 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi yad edildi.

interposta.info Karabakhmedia.az
-a istinadən xəbər verir ki, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin təşkilatçılığıyla ərsəyə gəlmiş anım tədbiri şəhid qəhrəmanın Nəsimi rayonu, Xətai prospektində (Təhsil Nazirliyinin yaxınlığı) qoyulmuş büstünün önündə keçirilib. 50 illik yubileyi münasibətilə təşkil olunmuş mərasimdə Milli Qəhrəmanın valideynləri və ailə üzvləri, döyüş yoldaşları, bir sıra ictimai xadimlər, yazar və jurnalistlər iştirak etmişlər.

Dövlət Himninin səslənməsi ilə açılan tədbirdə Fazil Mehdiyevin atası Umud Mehdiyev, anası Şövkət Mehdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova, İctimai Televiziyanın əməkdaşı Vəsilə Vahidqızı, qəhrəmanın döyüş yoldaşları və s. şəhidin həyat və qəhrəmanlıq yolundan bəhs ediblər, xatirələrini söyləyiblər.
Milli Qəhrəman Fazil Mehdiyev anıldı -



Xatırlatma: Xalq qəhrəmanı Sultan bəyin nəslindən olan Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. O, 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi.

1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Allah rəhmət eləsin!

interposta.info
Milli Qəhrəman Fazil Mehdiyev anıldı -
Milli Qəhrəman Fazil Mehdiyev anıldı -
Milli Qəhrəman Fazil Mehdiyev anıldı -
Milli Qəhrəman Fazil Mehdiyev anıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26