Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Qarabağ müharibəsində şəhid olan baş leytenant Sədi Fərmanovun xatirəsi anılıb.
1992-cil dekabrın 6-da Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti, baş leytenant Fərmanov Sədi Əli oğlunun anım günü Şəhidlər xiyababınında məzarı önündə anılıb.
"XeberBiz" Karabakhmedia.az-a istinadən xəbər verir ki, tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları iştirak ediblər.
Çıxış edən döyüş yoldaşları Sədinin keçdiyi şanlı döyüş yolundan, onun mübarizliyindən, Hoçaz yüksəkliyinin düşməndən alınmasında göstərdiyi igidlikdən danışıblar. Bildirilib ki, Sədi Fərmanovun keçdiyi döyüş yolu gənclərə bir nümunədir. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızı yad etmək, onların xatirəsini anmaq hər bir insanın vətəndaşlıq borcudur.
Qeyd edək ki, Fərmanov Sədi Əli oğlu 8 avqust 1968-ci ildə Laçın rayonunun Kamallı kəndində doğulmuşdur. 1985-ci ildə orta məktəbi bitirmiş, həmin il Xankəndi Pedaqoji İnstitutunun tarix, ictimaiyyət və hüquq gakultəsinin gündüz şöbəsinə qəbul olmuşdur. II kursu bitirdikdən sonra hərbi xidmətə getmiş, serjant rütbəsi almışdır. 1989-cu ildə təsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirmiş, vaxtından əvvəl dövlət imtahanlarını verərək diplomunu almamış cəbhəyə yollanmışdır.
Qısa müddətdə 4 əməliyyatda rəşadət və qəhrəmanlıq göstərmiş, onlarla düşmən əsgər və zabitini məhv edən baş leytenant 1992-ci il dekabrın 6-da Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26