Interposta.Info

Laçında eyni döyüşdə şəhid olan Məmiyev qardaşlarının anım günüdür

Müxtəlif
 30-07-2018, 14:00     10 595

Laçının vətənpərvər oğullarından olan Laçın rayonunun Hoçaz kəndində doğulub boya basa çatan Kamil və Asəf qardaşlarının anım günüdür.

Hər iki qardaş 29 iyul 1992-ci ildə Hoçaz kəndi uğurunda gedən döyüşlərdə şəhid olmuşlar.

Məmiyev Kamil Qəni oğlu 1969-cu ildə, Məmiyev Asəf Qəni oğlu isə 1972-ci ildə doğulublar. Ataları Məmiyev Qəni Əliş oğlu hal-hazırda Tərtər rayonunda məskunlaşıb, təqaüdçüdür, 81 yaşi var.

Məmiyev Kamil 1989-90-ci ildə Rusiyadan hərbi xidmətdən qayıdaraq 1991-ci ildən Laçın özünümüdafiə alayında vətənin müdafiəsinə qoşulmuşdur.

Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşaraq erməni tərəfi xeyli itki verdirərək qovmağa nail olsalar da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Kamil və Asəf qardaşları vurularaq şəhid olmuşlar.

Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (kecmiş Nar zavodu) qəbirstanlığındadır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26