Interposta.Info

"Tuta bilmədi, gözünü yaraladı" -

Ölkə
 30-05-2017, 07:22     438

interposta.info "ARB TV"yə istinadən xəbər verir ki, ən populyarı isə əl ilə fırladılan spinnerlərdir.

Daha çox internet resurslarında reklam edilən və ölkə bazarına da ayaq açan spinnerlərin satış qiyməti ölçüsündən, formasından, materialından asılı olaraq dəyişir. Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də mütəxəssislər başqa fikirdədirlər.

"Stress çarxları" 4-7 yaşda uşaqlar üçün daha çox zərərlidir. Çünki, bu oyuncaqların fırlanması uşaqların beyninin həm sağ, həm də sol yarımkürəsini eyni anda tam yükləyir, nəticədə beyində həddən artıq aktivlik yaranır və uşaq özünü çox yorğun hiss edir.

"Stress-çarxı"nı düzgün istifadə etmədikdə təhlükəli alətə də çevrilə bilər. Sosial şəbəkədə ana, oğlunun başına gələn hadisəni belə izah edib: "Çarxı çox sürətlə fırlatdığı üçün tuta bilmədi, gözünün kənarına dəyərək yaraladı". Başqa bir ana isə, qızının çarxın üzərində olan halqalardan birini səhvən udduğunu və boğulmaq təhlükəsi keçirtdiyini deyib.

interposta.info

"Tuta bilmədi, gözünü yaraladı" -
"Tuta bilmədi, gözünü yaraladı" -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26