Interposta.Info

Azərbaycan internetin sürətinə görə TOP-100-ə düşə bilmədi

Müxtəlif
 26-12-2017, 11:44     10 461

Gürcüstan və Belarus da bizdən öndədir

Ookla Speedtest Global” təşkilatının bu ilin noyabr ayı üzrə internet sürətinə görə ölkələrin reytinqini hazırlayıb.

“Report” xəbər verir ki, 10,81 Mbps orta sürətlə Azərbaycan ilk 100-lükdə yer almayıb və 102-ci yerdə qərarlaşıb.

Bununla belə, qeyd edilir ki, Azərbaycan təxminən ikiqat artıq – 19,82 Mbps mobil internet sürətinə sahib ola bilər. Bu isə qlobal orta sürətə (20,28 Mbps) yaxındır.

Ən sürətli genişzolaqlı internetə Sinqapur (153,85 Mbps), mobil internetin sürətinə isə Norveç (62,66 Mbps) malikdir.

Gürcüstanda internetin sürəti 19,82 Mbps, Ukraynada 34,70 Mbps, Belarusda 27,26 Mbps təşkil edir.

İnkişaf etməkdə olan Avropa ölkələrindən Rumıniya 104,46 Mbps orta sürətlə 4-cü, Macarıstan 92,47 Mbps sürətlə 5-ci, Litva isə 75,94 Mbps sürətlə 11-ci yerdə qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26