Interposta.Info

Jurnalist Zabil Müqabiloğlunun xatirəsi anıldı:

Ölkə
 20-05-2017, 21:37     490

Bu gün tanınmış jurnalist Zabil Müqabiloğlunun anım mərasimi keçirilib. "ODA" teatrında baş tutan tədbirdə tanınmış jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhum jurnalistin xatirəsi anılıb, onun haqqında videoçarx təqdim edilib. Həmkarları və dostları jurnalistlə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Anım mərasimində Zabil Müqabiloğlunun müəllifi olduğu bir neçə şeir səsləndirilib.

Qeyd edək ki, Zabil Müqabiloğlu serrozdan əziyyət çəkirdi və bu ilin fevral ayının 26-da dünyasını dəyişib.

Xatırladaq ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində və uzun illər "Yeni Müsavat" qəzetində çalışıb./Yeni Müsavat”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26