Interposta.Info

Mərhum jurnalistin kitabına təqdimat keçiriləcək

Müxtəlif
 3-07-2018, 21:58     10 359

Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı çapdan çıxıb.

"XeberBiz" xəbər verir ki, bu barədə Modern.az-a mərhum jurnalistin bacısı Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Zabil Müqabiloğlu haqqında kitab iyunda çapdan çıxıb:

"“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu kitabı çapdan çıxarıb. Kitabın adı Zabil Müqabiloğlunun yazdığı "Son Zəng"dir. Zabil 19 il jurnalistika sahəsində çalışıb. "525- ci qəzet”də işləyib, uzun illər “Yeni Müsavat”da redaktor vəzifəsində, “Tərcüman” və “Avropa” qəzetlərində çalışıb. Ən son Günxəbər.com saytının təsisçisi və baş redaktoru olub.
Yaxın günlərdə kitabın təqdimatını keçirməyi düşünürük”.

Qeyd edək ki, jurnalist Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən dünyasını dəyişib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26