Zabil Müqabiloğlu

Tanınmış jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.
interposta.info bildirir ki, bu barədə Axar.az-a Arqument.az saytının baş redaktoru Şəmşad Ağa məlumat verib. Ş.Ağa bildirib ki, məlumat həmkarımızın yerləşdirildiyi xəstəxanadan təsdiqlənib.
Xatırladaq ki, Zabil Müqabiloğlunun səhhəti gecə saatlarında qəfil pisləşmişdi və o, koma vəziyyətində 1 saylı Kliniki Xəstəxanaya gətirilmişdi.
Z.Müqabiloğlu serrozdan əziyyət çəkirdi və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.
O, 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. "525-ci qəzet", "Avropa", "Tərcüman" və "Yeni Müsavat" qəzetlərində fəaliyyət göstərmişdi. Gunxeber.com saytının baş redaktoru idi.
interposta.info/ Allah rəhmət eləsin!
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26