Interposta.Info

Zabilin xatirəsinə həsr olunan tədbir keçiriləcək

Ölkə
 15-05-2017, 21:23     496

Mayın 20-də "ADO Theatre Collective"də mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

interposta.info
Axşam.az-a istinadən xəbər verir ki, “Son zəng” adlı tədbir Zabil Müqabiloğlunun fəaliyyət və yaradıcılığına həsr olunub. Jurnalistin həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayişi olacaq. Eyni zamanda aktyorlar Z.Müqabiloğlunun şeirlərinin oxunuşunu edəcək. Tədbir çıxışlarla yekunlaşacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu Nəcizadə 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlib. “525-ci qəzet”, “Tərcüman”, “Avropa”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Redaktor və baş redaktor vəzifələrini də icra edib. Bir neçə mükafata layiq görülüb. Eyni zamanda “gunxeber.com” saytını təsis edib, saytın baş redaktoru olub. Jurnalistika fəaliyyəti ilə yanaşı yazdığı şeirlərlə də yadda qalıb.

Zabil Müqabiloğlu bir neçə ay bundan öncə mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. Bu ilin 26 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib. Ailəli idi, bir oğlu var.

Saat 16:00-da başlanacaq tədbirə giriş sərbəstdir.

Ünvan: Mirzəağa Əliyev 245 // ADO
Tel: (050) 394 48 64, (070) 219 83 33, (+99412) 594 83 85

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26